İstifadə qaydaları
Platformamızdan istifadə etməzdən əvvəl aşağıdakı qaydalarla tanış olmağınız xahiş olunur.
1. Vasitəçilik və Məsuliyyətin Məhdudlaşdırılması
Elanla platforması satıcı və alıcı, icarəyə verən və icarəçi, eləcə də barter edən tərəflər arasında yalnız informasiya vasitəçisi rolunu oynayır.
Platforma tərəflər arasında bağlanan sövdələşmələrdə tərəf kimi çıxış etmir və platformada elan edilən, satılan, icarəyə verilən və ya barter olunan əşyalara görə heç bir hüquqi, maddi və ya mənəvi məsuliyyət daşımır.
Əşyanın keyfiyyəti, işləkliyi, qanuniliyi və elandakı təsvirə uyğunluğu üçün yalnız elan sahibi məsuliyyət daşıyır.
2. İcarə, Alqı-Satqı və Barter Təhlükəsizliyi
İstifadəçilər icarəyə götürdükləri, aldıqları və ya barter etdikləri əşyanı təhvil almazdan əvvəl şəxsən görməli və bütün funksionallığını yoxlamalıdırlar.
Sövdələşmə etməzdən əvvəl qarşı tərəfin platformadakı rəylərini və şəxsiyyət/mağaza təsdiq statusunu yoxlamaq şiddətlə tövsiyə olunur.
İcarə müddətində əşyanın zədələnməsi, itməsi, korlanması və ya vaxtında qaytarılmaması ilə bağlı mübahisələr yalnız icarəçi və icarəyə verən arasında həll edilir.
Şəxsi görüş keçirmədən və əşyanı fiziki olaraq yoxlamadan naməlum şəxslərə əvvəlcədən beh, avans və ya kartdan karta ödəniş etməməyiniz xahiş olunur.
3. Elanların Yerləşdirilməsi Qaydaları
Elanlarda yalnız real və istifadəçinin özünə məxsus olan əşyaların fotoları istifadə edilməlidir.
Təsvirdə əşyanın mövcud vəziyyəti, texniki göstəriciləri və varsa bütün defektləri dürüst qeyd olunmalıdır.
Qanunla qadağan olunmuş, saxta, oğurluq və ya digər şəxslərin hüquqlarını pozan əşyaların elanı dərhal silinir və istifadəçi bloklanır.
4. Elanla AI və Avtomatlaşdırılmış Funksiyalar
Elanla AI platforma daxilində istifadəçilərə kömək edən avtomatlaşdırılmış məsləhətçi alətdir.
AI tərəfindən yaradılan qiymət təhlili, elan mətni, barter uyğunluğu və ya digər tövsiyələr yalnız qaralama xarakterlidir və hüquqi, maliyyə və ya təhlükəsizlik zəmanəti vermir.
İstifadəçi AI tərəfindən hazırlanan mətni və göstəriciləri dərc etməzdən əvvəl özü yoxlamalıdır.
5. Hesabın Bloklanması və Məxfilik
Qaydaları pozan, digər istifadəçiləri aldatmağa cəhd edən və ya təhqiredici davranış göstərən şəxslərin hesabları xəbərdarlıq edilmədən həmişəlik bloklanır.
İstifadəçi məlumatları konfidentsial saxlanılır və yalnız platformanın fəaliyyəti və təhlükəsizliyi çərçivəsində istifadə olunur.
İcarə müqaviləsi (PDF)
Güvənliyiniz üçün icarə müqavilə nümunəsini yükləyib istifadə edə bilərsiniz. Bu sənəd tərəflər arasında hüquqi münasibətləri tənzimləməyə kömək edir.
Müqaviləni yüklə (PDF)